İlk daun sindromlu model görənləri heyrətləndirir - Fotolar

Dünyada bir ilki gerçəkləşdirən 22 yaşlı model Madeline Stuartın "İnstagram"da 309 min izləyicisi var.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Avstraliyada anadan olan Madaline Stüarta Daun sindromu diaqnozu qoyulub. Həkimlər onun heç vaxt 7 yaşlı bir uşağın zəkasını keçməyəcəyini və həyatta heç bir şey bacarmayacağını bildiriblər. Buna baxmayaraq Madelinenin anası ona olan inancını itirməyib. Hələ 2 aylıq olarkən açıq ürək əməliyyatı keçirən və 1 yaşına qədər saysız sağlamlıq problemləri yaşayan Madaline sağlamlığna qovuşduqdan sonra anasının köməyi ilə təhsil alıb. Əzələlərində zəiflik olan gənc qız sadəcə danışmaqda bir az çətinlik çəkir.

Sevdiyi işi görməkdə inadçı, çalışqan və uğurlu olan Madaline 22 yaşında moda firmaları ilə müqavilə imzalayıb, podiuma çıxan dünyanın ilk daun sindromlu professional modeli olub.

Nyu York və London moda həftələrində yer alan Tommy Hilfiger, Diesel kimi markalarla işləyən Madaline 100-dən çox podiumda iştirak edib.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR