Ekspert: "Qlobal iqtisadiyyatda tənəzzül riski artır"

Ekspert: "Qlobal iqtisadiyyatda tənəzzül riski artır"
18:27 21 Oktyabr 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

Qlobal iqtisadiyyatın artım tempi 2008-ci ildəki maliyyə böhranından bəri ən aşağı səviyyəyə enib, lakin bu yavaşlamanın təsiri olan işsizlik, ev təsərrüfatlarının gəlirlərinin və xərclərin azalması siqnalları hələ də güclü deyil.
"Report" xəbər verir ki, bunu "Reuters" agentliyinin iqtisadi analitiki Con Kemp bəyan edib. 
Onun sözlərinə görə, dünya iqtisadiyyatında tənəzzül riski artır, lakin hələ həyəcan səviyyəsində deyil. 
Xatırladaq ki, ötən həftə Beynəlxalq Valyuta Fondu (IMF) bu il qlobal iqtisadi artımın 3%, gələn il isə 3,4% olacağını bəyan edib. Qurumun ekspertləri artım tempinin yüksəlməsini TürkiyəArgentina kimi ölkələrin iqtisadiyyatlarında gözlənilən müsbət dəyişikliklərlə əsaslandırıblar. 


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/ekspert-qlobal-iqtisadiyyatda-tenezzul-riski-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR