Bu il 524 Azərbaycan vətəndaşı İİV-ə yoluxub

Bu il 524 Azərbaycan vətəndaşı İİV-ə yoluxub
18:42 21 Oktyabr 2019
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr ayları ərzində 524 nəfər Azərbaycan vətəndaşı İİV-ə yoluxub.

Milli.Az xəbər verir ki, Trend Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatına əsasən bildirir ki, onların 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olub.

Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 9 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək tarixədək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7932 nəfərdən 3258 xəstə inyeksion narkotik istifadəçiləri olub. Onun 2564 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüb.

Ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/795979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR