Yurgen Klopp VAR-dan şikayətləndi

Yurgen Klopp VAR-dan şikayətləndi
19:05 21 Oktyabr 2019
148 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının 9-cu turunda "Mançester Yunayted"lə səfərdə 1:1 hesbalı heç-heçə edən "Liverpul"un baş məşqçisi Yurgen Klopp oyundan sonra hakim qərarlarından şikayətlənib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis meydan sahiblərinin hücumçusu Markus Reşfordun qol vurduğu hücum zamanı qayda pozuntusunun olduğunu, ancaq VAR-ın doğru qərar vermədiyini deyib:

"Məncə, çox insan Reşfordun qolundan öncəki epizodda qaydanın pozulduğunu düşünür. Mən də həmin anda qaydanın pozulduğundan əminəm, ancaq hakim oyunu davam etdirdi. Əgər VAR olmasaydı, Martin Atkinson tərəddüd etmədən fit çalacaqdı. VAR ofsayd və əllə oyunlar üçün əladır, amma belə epizodlarda kifayət qədər yaxşı deyil.

"Mançester Siti"nin bu həftə bir penaltisi verilmədi. Kevin De Bruyne cərimə meydançasında yerdə qalsa da, VAR müdaxil eləmədi. Bunlar ciddi problemlərdir. 

"Mançester Yunayted" üç ildir ki, "Old Trafford"da bizə qarşı müdafiə futbol oynayır. Onları tənqid etmirəm, olanı deyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR