Avtomobili narkotik təsiri altında sürən və oğurluqla məşğul olan şəxslər ələ keçdi - FOTO

Avtomobili narkotik təsiri altında sürən və oğurluqla məşğul olan şəxslər ələ keçdi - FOTO
19:22 21 Oktyabr 2019
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabadda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən və oğurluqla məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən evlərdən birindən oğurluq edilib.

Bu barədə rayon polis şöbəsinə məlumat verən həmin kənd sakini Əflatun Zeynalov bildirib ki, hazırda Rusiya Federasiyasında yaşayan qardaşı Vaqif Zeynalovun evindən 1700 manat dəyərində bir ədəd noutbuk, qiyməti 1000 manat olan spirtli içkilər, həmçinin bir ədəd antena oğurlanıb. Cəlilabad Rayon Polis Şğöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elvin Mehtizadə və Asif Ağayev saxlanılıblar. Onlardan mənzildən oğurladıqları noutbuk aşkar edilərək maddi sübut kimi götürülüb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində avtomobili sərxoş və narkotik vasitələrin təsiri altında idarə edən sürücü saxlanılıb. Belə ki, əməliyyat nəticəsində Qaradağ rayon sakini Orxan Verdiyev polislər tərəfindən Cəlilabad rayonu ərazisində saxlanılıb. Araşdırma zamanı onun, "Toyota" markalı nəqliyyat vasitəsini heç bir müvafiq sənədləri olmadan və narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub. Qeyd edək ki, sürücününü yanında əyləşən sərnişini paytaxt sakini Tərlan İmanovun üzərində şəxsi axtarış aparılan zaman ondan da bir kibrit qutusunda qablaşdırılan ümumi çəkisi 6,069 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/795968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR