Ölkəyə 15 kq-dan artıq narkotik vasitə keçirilməsinin qarşı alındı - FOTO

Ölkəyə 15 kq-dan artıq narkotik vasitə keçirilməsinin qarşı alındı - FOTO
19:42 21 Oktyabr 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə isti­qamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-dən Milli.Az-a verilən məlumata görə, oktyabrın 18-də Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasın­dan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərə­kəti aş­kar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanun­suz keçir­dik­ləri əşyaları ataraq geri qaçıblar.

Həmin əşyalara baxış keçirilib, 15 kq 445 qram narkotik va­si­tə və 580 ədəd "Metodon-40" psixotrop dərman preparatları ol­ma­sı müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/795927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR