Rusiyada milyarderlərin sayı il ərzində 50 faiz artıb

Rusiyada milyarderlərin sayı il ərzində 50 faiz artıb
19:47 21 Oktyabr 2019
33 Digər
Ölkə mətbuatı
A- A+

Son bir il ərzində sərvəti 1 milyard dollara çatan yetkinlik yaşında olan Rusiya vətəndaşlarının sayı 74-dən 110-dək artıb.
“Report” TASS-a istinadən xəbər verir ki, “Credit Suisse” bankının araşdırmasına əsasən, 3120 vətəndaşının varidatı 100 milyon dollara çatan Rusiyada zənginlərin sayının artımına görə dünyada 9-cu yerdə qərarlaşıb.
Bununla yanaşı, dünyanın 1 faiz təşkil edən ən zəngin şəxslərinin 264 nəfəri Rusiya vətəndaşıdır.
Bütövlükdə hazırda Rusiyada maliyyə ehtiyatlarının 83 faizi əhalinin 10 faizinə məxsusdur.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/rusiyada-milyarderlerin-sayi-il-erzinde-50-faiz-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR