AYB-nin Gəncə bölməsində “Nəsimi günü” adlı tədbir keçirilib

AYB-nin Gəncə bölməsində “Nəsimi günü” adlı tədbir keçirilib
19:50 21 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

AYB-nin Gəncə bölməsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Nəsimi günü” adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan AYB-nin Gəncə bölməsinin sədri, şair-dramaturq, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova tədbirin əhəmiyyətindən danışıb.

İmadəddin Nəsimi dühasının 650 ildir bəşəriyyəti heyran etdiyini söyləyən X.Hüseynova şairin həyatı və yaradıcılığı haqqında məlumat verib.

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi mütəfəkkirin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Gəncəbasar yazarlarının da qoşulacağını vurğulayıb.

Yazıçı, Əməkdar jurnalist Qərib Mehdi, yazıçı-publisist Nüşabə Əsəd Məmmədli çıxışlarında Nəsimi təfəkküründən doğulan əsərlərin mahiyyətinin hələlik tam açılmadığını bildirib, Nəsiminin hər misrası üzərində düşünməyin lazım olduğunu diqqətə çatdırıblar.

Məktəblilər Nəsiminin şerlərini rus, ingilis və ərəb dillərində söyləyiblər. Tədbirə qatılmış şairlər Nəsimiyə həsr etdikləri şeirlərini oxuyublar.

Sonda iştirakçılar Nəsimi dünyasına həsr edilmiş sərgiyə baxıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3136744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR