Daha bir ölkədə pensiya yaşı artırılır

Daha bir ölkədə pensiya yaşı artırılır
22:37 21 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

İsveç parlamenti ölkədə pensiya yaşının artırılmasına səs verib. Bu, onunla bağlıdır ki, Krallıq vətəndaşları bir çox digər Avropa ölkələrinin vətəndaşlarından, orta hesabla, daha uzun ömür sürür və daha sağlamdırlar. Nəticədə hökumət pensiya müavinətinə daha çox maliyyə vəsaiti xərcləməyə məcburdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2020-ci ildən başlayaraq İsveç təbəəsinin pensiya ala biləcəyi ən erkən yaş artırılaraq 61 yaşdan 62 yaşa çatdırılır. 2023-cü ildə minimal yaş 63 yaşa çatdırılacaq. Bu tədbirlər pensiya sisteminin dayanıqlılığını dəstəkləmək üçün görülür. Qanun layihəsi müəlliflərinin sözlərinə görə, gəliri az olan və heç vaxt heç yerdə işləməyən vətəndaşların zəmanətli pensiya almaları üçün ən erkən yaş 2023-cü ildən 65 yaşdan 66 yaşadək artırılacaq. Vurğulanır ki, parlamentin qərarı ən çox məhz bu demoqrafik qrupdan olan insanlara toxunacaq.

Qeyd edək ki, sosial təminatın işsizliyə, xəstəliyə, əlilliyə, qocalığa görə müavinətlər, ailə başçısının itirilməsi ilə bağlı pensiya, habelə mənzil müavinəti kimi əlaqədar sistemləri pensiya yaşı artdıqca yenidən nəzərdən keçiriləcək və dəyişdiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/795871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR