"Roborace" avtomobili "Ginnesin Rekordlar Kitabı"na düşüb

"Roborace" avtomobili "Ginnesin Rekordlar Kitabı"na düşüb
23:12 21 Oktyabr 2019
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Ginnesin Rekordlar Kitabı"nın təmsilçiləri "Roborace" avtomobili tərəfindən avtonom pilotsuz avtomobillər üçün müəyyən edilən rekord sürəti rəsmi şəkildə təsdiq ediblər. Rekord saatda 282,42 kilometr təşkil edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yürüşlər hələ bu il martın 21-də, Böyük Britaniyada Yorkşir qraflığındakı Elvinqton hərbi aerodromda yerləşən yürüş trasında təşkil edilmişdi. Maşın avtonom rejimdə iki istiqamətdə hərəkət edib: şərqdən qərbə 280,365 km/saat, qərbdən şərqə isə 284,492 km/saatadək. Bununla belə küləyin sürəti saatda 12,8 kilometr olub.

Rekordun təsviri 2020-ci il "Ginnessin Rekordlar Kitabı"nın robotlara həsr olunan xüsusi bölməsində yerləşdiriləcək. Gələcəkdə "Roborace" Formula E çempionatının dəstək seriyalarından biri olmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/795931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR