Avstraliyada nüfuzlu qəzetlər "qara səhifə" aksiyası keçiriblər

Avstraliyada nüfuzlu qəzetlər "qara səhifə" aksiyası keçiriblər
23:57 21 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Mətbuat azadlıqlarının məhdudlaşdırılmasına etiraz edən Avstraliya qəzetlərinin birinci səhifəsi heç bir yazı dərc edilmədən - tamamilə boş və qara xətlərlə buraxılıb. Redaksiyalar qara sətirlərin üzərində "məxfidir" möhürü çap ediblər. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qəzetçilərin bu addımı ölkədə "məxfilik mədəniyyəti"nin yaradılması üçün müvafiq qanun layihəsinin qəbul edilməsidir. Hökumət bu addımı mətbuatda dövlət sirlərinin yayılmasının qarşısını almaq üçün atdığını bəyan edib.

Bildirilib ki, iyunda polis şantaj iddialarına əsasən Avstraliya Yayım Korporasiyası (ABC) və "News Corp Australia" media şirkətinin ofisində axtarış aparıb. Jurnalistlər bildiriblər ki, polis reydləri məxfi sənədlərin mətbuata sızması ilə əlaqədar olub. Redaksiyalara ötürülən materiallar dövlət agentliyinin nümayəndələrinin vətəndaşlara qarşı casusluq fəaliyyətini əks etdirib. Hökumət üç jurnalistin də cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məsələ qaldırıb.

"News Corp Australia" media şirkətinin icraçı direktoru Maykl Miller bildirib ki, ictimaiyyətin həmin faktlardan məlumatlı olmaq hüququ var və insanlar hökumətdən daha şəffaf olmağı tələb etməlidirlər. "Sydney Morning Herald", "The Age", "The Daily Telegraph", Herald Sun" kimi nüfuzlu qəzetlər də "qara səhifə" aksiyasına qoşulublar. ABC teleradio şirkətinin rəhbəri Devid Anderson isə deyib ki, "Avstraliya dünyanın ən məxfi demokratiyasına çevrilmək riski ilə üz-üzədir".

Media rəhbərlərinin ittihamlarına cavab verən Avstraliyanın Baş Naziri Skott Morrison bildirib ki, mətbuat azadlığı onun ölkəsi üçün vacibdir, lakin hər kəs qanunun aliliyinə də əməl etməlidir. "Bu, mənə də, jurnalistlərə də aiddir", -deyə hökumətin rəhbəri vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/795970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR