Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib (FOTO)

Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib (FOTO)
00:43 22 Oktyabr 2019
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Misirdəki səfirliyində tədbir keçirilib.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə bildirilib ki, tədbirdə Misir Parlamentinin I vitse spikeri, Seyyidlər İttifaqının sədri, Seyyid Mahmud Şərif, Parlamentin Dini Məsələlər və Vəqflər üzrə Komitəsinin sədri, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dr.Usama Əl-Əbd, Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Dini məsələlər üzrə müşaviri Dr.Usama Əl-Əzhəri, Azərbaycanın Sudandakı Fəxri konsulu Tariq Həmzə Zeynülabidin, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri, bəzi Avropa, Asiya, Afrika ölkələrinin səfirləri, Misirin ictimai-siyasi xadimləri, KİV nümayəndələri, diaspora və iş adamları iştirak ediblər.

Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev ölkəsinin bu il Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyini qeyd etdiyini, Müsəlman Şərqində ilk demokratik respublika olduğunu, bu onilliklər ərzində çox çətin sınaqlardan keçdiyini vurğulayıb.

Səfir Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyinə həsr olunmuş medaldan söz açaraq, Xarici İşlər Nazirliyinin müvafiq qərarı ilə medallardan birini siyasi və ictimai fəaliyyətinə, Misir və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə Misir Parlamentinin I vitse spikeri Seyyid Mahmud Şərifə, digər medalı isə Azərbaycan ilə Sudan arasında ikitərəfli münasibətlərin inkişafında böyük rol oynayan Azərbaycanın Sudandakı Fəxri konsulu Tariq Həmzə Zeynülabidinə təqdim edib.

Səfir ölkəmizin yenidən müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında dünya ölkələri arasında özünəlayiq yer tutduğunu qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişafını, beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, cari oktyabrın 25-26 tarixlərində ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə toplantısının keçiriləcəyini və Azərbaycanın həmin Hərəkata üç il ərzində sədrlik edəcəyini vurğulayıb.

Bu gün Azərbaycanın qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdıran səfir T.Rzayev BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrin, habelə ATƏT, İƏT, QH kimi beynəlxalq təşkilatların sözügedən münaqişə ilə əlaqədar qəbul etdikləri bəyanatların Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini deyib.

Daha sonra Misir Parlamentinin I vitse spikeri Seyyid Mahmud Şərif Azərbaycan dövlətinin ona göstərdiyi yüksək etimada görə dərin təşəkkürünü bildirib, Misir ilə Azərbaycanın dost ölkələr olduğunu, 2018-ci ildə iki dəfə Azərbaycana səfər etdiyini, Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu, Prezidentlə görüşün onun üçün bir şərəf olduğunu vurğulayıb və Azərbaycan Diplomatiyasının 100 illiyinə həsr olunan medalla təltif olunmasının qürurverici olduğunu diqqətə çatdırıb.

Həmçinin Azərbaycanın Sudandakı fəxri konsulu Tariq Həmzə Zeynulabidin Sudan ilə Azərbaycan arasında çox yaxın dostluq münasibətlərinin mövcudluğunu, son illər ərzində iki ölkə arasında mədəniyyət və turizm sahələrində sürətli inkişafın şahid olduğunu, Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə toplantısında Sudanın Prezidenti General Əbdülfəttah Burhanın başçılıq etdiyi böyük nümayəndə heyətinin iştirak edəcəyini, sözügedən işgüzar səfərin iki ölkə arasında mövcud əlaqələrin inkişafına daha da təkan verəcəyini söyləyib.

Tariq Həmzə Zeynulabidin Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyinə həsr olunan medalla təltif olunmasının onun üçün şərəf olduğunu, bu etimada görə Azərbaycan dövlətinə dərin təşəkkür etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyinə həsr olunan bu tədbir Misirin nüfuzlu və geniş auiditoriyasına malik televiziya kanallarında, mətbu orqanlarında geniş şəkildə işıqlandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3136790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR