Kanadanın hakim Liberal Partiyası parlament seçkilərində öndədir

Kanadanın hakim Liberal Partiyası parlament seçkilərində öndədir
05:42 22 Oktyabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Kanadanın baş naziri Castin Tryudonun rəhbəri olduğu Liberal Partiyası ölkədə keçirilən parlament seçkilərində liderlik edir.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Ölkənin Milli Seçki Komissiyası tərəfindən açıqlanan məlumatlara görə, siyasi təşkilat rəqiblərini qabaqlayıb.
Hazırda məlumatlar səsvermənin başa çatdığı Atlantika Kanadası məntəqələrindən göndərilir. Qeyd edilir ki, liberallar hələ ki 338 seçki dairəsindən 6-da qalib gəlib. Onları seçicilərin 52%-i dəstəkləyib, səsvermənin nəticəsinə görə ikinci yerdə Mühafizəkarlar Partiyası (34,8%) qərarlaşıb. Seçkidə üçüncü yerdə Yeni Demokrat Partiyası (10,2%) yer tutub. "Yaşıl partiya" (3,3%) dördüncü yerlə kifayətlənib. Digər partiyalar hələ 1 faiz səs yığmayıb.
Kanadanın çox hissəsində səsvermə davam edir.
Seçki Komissiyası seçkidə iştirak etmiş seçicilərin və hesablanmış bülletenlərin sayı barədə məlumatları hələ açıqlamayıb.
Qeyd edək ki, bu, Kanadada 43-cü parlament seçkiləridir. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kanadanin-hakim-liberal-partiyasi-parlament-seckilerinde-ondedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR