"Bitki tərkibli dərmanlara boşuna pul xərcləməsinlər" - Pediatr valideynlərə XƏBƏRDARLIQ ETDİ

"Payızın gəlişi ilə əlaqədar olaraq artıq soyuq mövsümə xas olan xəstəliklər yayılmağa başlayır. Belə ki, daha çox üst tənəffüs yolu xəstəlikləri – bronxit, sinusit, farangit kimi xəstəliklər daha çox görülməyə başlayır. Bundan başqa, allergik xəstəliklər kəskinləşir, allergik renit, bronxial astma, mədə-bağırsaq sistemi xəstəlikləri, xroniki qastridin kəskinləşməsi baş verir".

Metbuat.az xəbər verir ki, bu sözləri soyuq fəsillərdəki xəstəliklərlə bağlı saytımıza danışan pediatr Günay Rəsulova deyib. O, həmçinin əlavə edib ki, soyuq fəsillərdə insanların daha çox bağlı yerlərdə olması da səhhətə təsir göstərir:

"Bundan başqa, təmiz havada insanlar az olmağa başlayır. Təmiz havada çox olmaq, qapalı məkanların havasını tez-tez dəyişmək və soyuq havadan qorxmamaq lazımdır. Təmiz hava immun sistemini gücləndirən əsas faktordur. Xəstələnməmək üçün bol maye qəbul edilməlidir, normal həyat, normal yuxu rejimi olmalıdır, stressdən uzaq durmalıdırlar, vitaminli qidalanmağa çalışmalıdırlar. Uşaqların peyvəndlərini vaxtı vaxtında vurdurmalıdırlar. Bundan başqa, soyuq fəsillərdə çox geniş yayılan qripə qarşı da peyvəndlər var ki, bu peyvəndlərin vurulması mütləq şəkildə tövsiyə edilir. Bağça və məktəb yaşında olan uşaqlar üçün, xüsusilə allergik xəstəlikləri olan uşaqlar üçün bu peyvənd çox vacibdir

Mövsüm dəyişikliyini xüsusilə uşaqlar çox çətin keçirirlər, çünki, uşaqlarda yeni iqlimə adaptasiya zəif olur. Soyuq fəsillərdə insanların zamanının çox hissəsi qapalı məkanlarda keçdiyinə görə, insandan insana virusların keçməsi və yayılması halları artır".

Günay Rəsulova həmçinin əlavə edib ki, xəstəliklərlə mübarizə zamanı bitki tərkibli dərmanlardan istifadə mənasızdır:

"Bəzən valideynlər xəstələnməmək üçün siroplardan, bitki tərkibli dərmanlardan istifadə edirlər. Amma bunların bir effekti sübut olunmayıb, effektsiz dərmanlardır. Boşuna bu dərmanlara xərc töküb özlərini aldadmasınlar. Ən əsası normal həyat tərzi, normal yuxu, qida və xəstə ilə kontaktdan uzaq durmaqdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR