Ərdoğana suiqəsd hazırlanır? - ABŞ kəşfiyyatından ŞOK ADDIM - FOTO

2016-cı il 15 iyul dövlət çevrilişinə cəhd zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğu təyyarənin koordinatlarını paylaşmaqla qalmaqal yaradan, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi təslim almağa başlamasının ardından "S-400-ləri necə yox edəcəyik" deyə araşdırma xəbərləri yayan “Stratfor” kəşfiyyat-analitik şirkəti yenidən Ərdoğanı hədəf göstərib.

Metbuat.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” adlandırılan şirkətin “Avtomobilin hədəf olduğu bir kiber hücuma hazırsınızmı?” adlı məqaləsində dünyanın minlərlə liderindən məhz Ərdoğanın xidməti avtomobilinin şəklini seçməsi diqqətdən qaçmayıb.

Məqalədə ən son texnoloji yeniliklərdən istifadə olunmaqla hazırlanan avtomobillərin kiber hücumlara qarşı açıq təhdid altında olduğu vurğulanıb və mövzu ilə bağlı müxtəlif ssenarilərdən bəhs edilib.

Qeyd edək ki, “Stratfor” 1996-cı ildə ABŞ Texas ştatının Austin şəhərində tanınmış siyasi alim Corc Fridman tərəfindən yaradılıb və bütün dünyada 2 milyonluq oxucu kütləsinə malikdir. “Stratfor” müstəqil, qeyri-siyasi və siyasi, iqtisadi, hərbi təhlilləri ilə tanınan qurumdur. Şirkətin məhsullarından ABŞ və xarici hökumətlər, qlobal korporasiyalar və fərdi şəxslər faydalanır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR