Nazir müavini: "Azərbaycanda taxılçılıq sahəsində özünütəminat səviyyəsi 74 faizə çatıb"

Nazir müavini: "Azərbaycanda taxılçılıq sahəsində özünütəminat səviyyəsi 74 faizə çatıb"
11:07 23 Oktyabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin 1 oktyabr tarixinə olan göstəriciyə görə Azərbaycanda taxıl istehsalı artaraq 3,4 mln ton olub, buğda istehsalı isə 2,2 mln tona çatıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda bildirib.
O vurğulayıb ki, Azərbaycanda 2018-çi ildə taxıl istehsalı 2017-ci illə müqayisədə 13 faiz artaraq 3,3 mln ton təşkil edib, buğda istehsalı isə 13 faiz artaraq 2 mln ton olub: "Həmçinin, taxılçılıq sahəsində özünütəminat səviyyəsi 66 faizdən 74 faizə, buğda da isə bu göstərici 58 faizdən 65 faiza çatıb".


Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-taxil-istehsali-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR