Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü

Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü
11:08 23 Oktyabr 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Publika.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 128-ci kilometrliyində, Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Abbasov İbrahim Eldəniz oğlu idarə etdiyi "DAF" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən, Bərdə rayon sakini, 1956-cı il təvəllüdlü Qocamanov Zöhrab Böyükkişi oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə nəticəsində ölən Z.Qocamanov Tərtər rayon İcra Hakimiyyətinin Ulu Qarabəyli kənd Ərazi İcra Nümayəndəliyinin rəhbəridir. Faktla bağlı cinayət işi başlanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/293883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR