Baş nazir: “Gürcüstan tərəfdaş ölkələrlə möhkəm iqtisadi münasibətlərinqurulması üçün konkret addımlar atır”

Baş nazir: “Gürcüstan tərəfdaş ölkələrlə möhkəm iqtisadi münasibətlərinqurulması üçün konkret addımlar atır”
11:17 23 Oktyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan bölgədə bütün tərəfdaş ölkələrlə möhkəm iqtisadi münasibətlər qurmaq üçün konkret addımlar atır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria beynəlxlaq Tbilisi İpək Yolu Forumunun ikinci günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, region əhəmiyyətli investisiya potensialına malikdir: “Bu potensial tətbiq etdiyimiz vahid siyasət, ticarət maneələrinin azaldılması və əlaqələrin yaxşılaşdırılmasına görə böyüyür”.
G.Qaxaria yeni İpək yolunun investisiya potensialının reallaşdırılmasını həm Gürcüstan, həm də bütün iştirakçı ölkələr üçün həyatı əhəmiyyət kəsb etdiyini qeyd edib.
Baş nazir deyib ki, Gürcüstan hökumətinin əsas məqsədləri yeni iş yerlərinin və güclü orta sinfin yaradılması, sülh və sabitliyin təmin edilməsidir. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/bas-nazir-gurcustan-terefdas-olkelerle-mohkem-iqtisadi-munasibetlerinqurulmasi-ucun-konkret-addimlar-atir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR