Soçi anlaşması dünya mediasında: "Ən böyük məğlub ABŞ-dır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında imzalanan razılaşma dünya mediasında geniş yer tutub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-dan "CNN"-də "Putin və Ərdoğan Suriya məsələsində razılığa gəldi, ən böyük məğlub olan ABŞ" başlığı ilə yazı dərc olunub. Putin və Ərdoğanın bölgədə geosiyasi olaraq siyasi iradəsi olan 2 lider kimi ortaya çıxdığı bildirilən yazıda ABŞ qüvvələrinin bölgədən çıxmasının Rusiya üçün hədiyyə olduğu bildirilib.

Məşhur "Nyu-York Times" qəzetində isə Soçi razılaşması ilə Rusiyanın bölgədəki nüfuzunun artacağı, Ərdoğanın istədiyi hər şeyi əldə etdiyi yazılıb.

İngiltərənin "Financial Times" qəzeti isə Ərdoğanın ya PKK ya da Əsəd rejimini seçməli olduğunu və Ərdoğanın Bəşər Əsədi seçdiyi qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR