Ramos Çempionlar Liqasının tarixinə düşdü

Ramos Çempionlar Liqasının tarixinə düşdü
12:27 23 Oktyabr 2019
109 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qatasaray" - "Real" matçında yeni rekord qeydə alınıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisinin kapitanı Serxio Ramos İstanbuldakı qarşılaşmada 121-ci ÇL matçına çıxıb. İspaniyalı futbolçu bununla da qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən müdafiəçiyə çevrilib.

ÇL-də müdafiəçilər arasında ən çox oyun keçirən futbolçu Roberto Karlos idi - 120. Ramos məhz keçmiş komanda yoldaşının rekordunu yeniləyib.

Qeyd edək ki, Ramosun komandası "Qalatasaray"la oyunda 1:0 hesablı qələbəyə sevinib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/796353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR