“Azneft” İstehsalat Birliyinin 9 aylıq hesabat iclası keçirilib

“Azneft” İstehsalat Birliyinin 9 aylıq hesabat iclası keçirilib
12:32 23 Oktyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin 9 aylıq fəaliyyəti və gələcək perspektivlərə həsr edilən “Etibarlılıq, dürüstlük, şəffaflıq” adlı hesabat konfransı keçirilib.
“Report”un “Azneft”ə istinadən verdiyi məlumata görə, əvvəlcə Birliyin son illərdəki zəngin fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib.
“Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov Birliyinin bu ilin 9 ayı ərazindəki fəaliyyətini uğurlu dövr kimi xarakterizə edib, görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, yeni obyektlərin tikintisi, istismara verilməsi, hasilatın artırılması, xidməti sahələrin, binaların əsaslı təmiri, eləcə də, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülüb. Birliyin gələcək inkişafı ilə bağlı insan resurslarının idarə edilməsinə həssaslıqla yanaşılıb və kadrların təkmilləşdirilməsi istiqamətində mühüm layihələr gerçəkləşdirilib. Tədbirin şüarı olan “Etibarlılıq, dürüstlük, şəfaflıq” da məhz “Azneft” İstehsalat Birliyinin dəyərlərini özündə əks etdirir.
Konfransda müvafiq sahələrdə əldə olunan göstəriciləri əhatə edən təqdimatlar keçirilib.
SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov, SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidentinin müavini Balamirzə Ağarəhimov və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov isə “Azneft” İstehsalat Birliyinin 9 aylıq fəaliyyətini yüksək qiymətləndiriblər və bu müsbət dinamikanın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətindən danışıblar.





Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azneft-i-stehsalat-birliyinin-9-ayliq-hesabat-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR