Bu gün NATO Müdafiə nazirləri bir araya gəlir - Gündəm Türkiyədir

NATO Müdafiə nazirləri bu gün Brüsseldə bir araya gələcəklər. Gündəm maddələrin birincisi isə Türkiyənin Suriyada oktyabrın 9-da başlatdığı "Barış Pınarı" hərəkatı, hərəkat nəticəsində ABŞ və Fransa başda olmaqla NATO üzvləri ilə Türkiyə arasında yaranan gərginlikdir.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, iclasda atəşkəsin əldə edilməsindən sonra bölgədəki vəziyyət, İŞİD ilə mübarizənin necə davame tdiriləcəyi, Almaniyanın Suriyada beynəlxalq güc tərəfindən nəzarət ediləcək təhlükəsiz bölgə yaratmaq təklifi və NATO-nun Türk hava sahəsinin qorunması məsələləri müzakirə ediləcək.

NATO Baş katibi C. Stoltenberq iclasın gündəmi ilə bağlı dünən təşkil etdiyi mətbuat konfransında əsasən Suriyada son dövrdə yaşanan hadisələrin müzakirə ediləcəyini demişdi.

Qeyd edək ki, "Barış Pınarı" hərəkatına bir çox NATO üzvü ölkələr etiraz etmiş, ABŞ iqtisadi sanksiyalar tətbiq etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR