AB bu gün "Brexit" qərarını açıqlayacaq

Bu gün Avropa Birliyinin "Brexit"lə bağlı qərarı açıqlanacaq.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, təxirə salınmalı ilə bağlı qərar üçün xüsusi bir görüş keçirilməyəcəyi, qərarın yazılı olaraq açıqlanacağı deyilib.

27 Avropa Birliyi ölkəsinin səfirləri Brüsseldə bir araya gələrək "Brexit"in təxirə salınmasına müzakirə etmişdilər. İclasdan sonra verilən açıqlamada Komissiya sözcüsü Mina Andreva üzv ölkələrin təxirə salınmanı prinsipdə qəbul etdiklərini ancaq yeni bir tarixin müəyyən edilmədiyini demişdi.

Məsələ ilə bağlı açıqlama verəm İngiltərə Baş naziri Boris Conson qeyd edib:

"Təxirə salma və ya salmama qərarını AB verəcək. İndiki vəziyyətdə 31 oktyabrda ayrıla bilərik. Təssüf ki, qərar AB-nin nə deyəcəyinə bağlıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR