Prezident Administrasiyasının yeni rəhbərindən İLK AÇIQLAMA

“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir”.

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilən Samir Nuriyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

S. Nuriyev ona göstərilən bu yüksək etimada görə Prezidentə öz dərin minnətdarlığını bildirib:

“Mənə göstərilən bu yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR