Kliçkoya cinayət işi açıldı

Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) Kiyev şəhərinin meri Vitali Kliçkoya cinayət işi açıb.

Metbuat.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Korrupsiyaya qarşı Ali Məhkəmə vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə UMAB-dan istintaqın başladılmasını tələb edib.

Qeyd edək ki, bundan öncə Prezident Administrasiyasının rəhbəri Andrey Boqdan bir müddət öncə V.Kliçkonun vəzifəsinin öhdəsindən gəlmədiyini, Kiyev üzərində nəzarəti itirdiyini bəyan etmişdi. Kliçkonun vəzifədən uzaqlaşdırılması ilə bağlı Prezident Administrasiyasına təklif göndərilmişdi. / Axar.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR