"McDonalds" şirkətinin Baş direktoru vəzifəsindən qovuldu - İşçisi ilə eşq yaşadığı üçün - FOTO

"McDonalds"ın Baş direktoru Stiv İstirbruk şirkət işçisi ilə eşq yaşadığına görə işdən çıxarılıb. ABŞ-ın "fast-food" restoranlar şəbəkəsi bu münasibətin qarşılıqlı olduğunu, lakin bunun şirkətin siyasətinə zidd olduğunu açıqlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İstirbruk şirkət işçilərinə məsələ ilə bağlı e-poçt yollayıb və münasibəti təsdiqləyib, bunun bir səhv olduğunu bildirib. 52 yaşlı iş adamının təzminat məbləği isə bugün bəlli olacaq. Artıq onun yerinə təyin olunacaq şəxs də məlumdur. Belə ki, "McDonalds"ın Baş direktoru vəzifəsini bundan sonra şirkətin ABŞ-dakı şəbəkələrinə rəhbərlik edən Kris Kempçinski yerinə yetirəcək.

Qeyd edək ki, vəzifəsindən azad edilən Stiv İstirbruk ötən il illik 16 milyon maaş almışdı. Bu maaşın şirkətin orta səviyyəli işçisinin maaşından 2 min 124 dəfə çox olduğu bildirilirdi. İstirbruk 1993-cü ildən "McDonalds"da çalışmağa başlamış, 2-ci dəfə isə 2013-cü ildə şirkətə qayıtmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR