Əfqanıstanda mina partlayışı nəticəsində 8 nəfər ölüb

Əfqanıstanda mina partlayışı nəticəsində 8 nəfər ölüb
13:37 4 Noyabr 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın şimalındakı Bağlan əyalətində törədilən partlayış nəticəsində azı 8 mülki şəxs ölüb, 6 nəfər yaralanıb.
“Report” AP-yə istinadən xəbər verir ki, polisdən verilən məlumata görə, əyalət mərkəzi Puli Xumri şəhərinin yaxınlığındakı Dənd-i Şahabuddin qəzasında yol kənarında baş verən partlayışda yaralananlar qadın və uşaqlardır.
Partlayışın məsuliyyətini hələlik heç kim üzərinə götürməsə də, sözügedən bölgənin “Taliban” hərəkatının nəzarətində olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-mina-partlayisi-neticesinde-8-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR