Türk diplomatın Cəmil Həsənliyə ABŞ-da CAVABI - VİDEO

Türk diplomatın Cəmil Həsənliyə ABŞ-da CAVABI - VİDEO
15:33 4 Noyabr 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

MŞ sədri Cəmil Həsənlinin 2 noyabr icazəsiz aksiyasının təxirə salınması ilə bağlı müraciətində maraqlı bir məqam vardı.

Axar.az xəbər verir ki, C.Həsənli 31 oktyabrda ünvanlandığı müraciətdə “6-7 saatdan sonra Vaşinqtonda mətbuat konfransı keçirəcəklərini, ABŞ siyasətçilərinin və mətbuatının diqqətini Azərbaycandakı polis zorakılığına, işgəncəyə, sərbəst toplaşmaq azadlığına qoyulan qadağalara cəlb edəcəklərini” müjdələyirdi. Bildirirdi ki, “bir neçə saatdan sonra Vaşinqtonda keçirəcəyimiz mətbuat konfransı ABŞ siyasətinin və mətbuatının diqqətini Azərbaycana cəlb etmək baxımından çox önəmlidir”. C.Həsənli ABŞ-da böyük-böyük işlər gördüyündən, mitinqin təxirə salınması ilə bağlı müraciəti “qəbul olundu”.

Cəmil Həsənli nədənsə “ABŞ siyasətçilərinin və mediasının diqqətini cəlb etdiyi” mətbuat konfransından cəmi iki foto yayıb: birində konfransı keçirənlər əks olunub, digərində isə konfransın adı yazılan banner.

Bəs, Cəmil Həsənlinin mətbuat konfransına düşmək üçün növbə tutan, basırıq və dava salan “ABŞ siyasətçiləri və mediası” hanı? Onların fotosu niyə yayılmayıb?

Digər tərəfdən, C.Həsənli mətbuat konfransı ilə bağlı çəkdikləri videonu da özü heç yerdə yaymayıb – yalnız çıxışının mətnini paylaşıb. Nə əcəb “ABŞ siyasi gündəmini silkələyən” mətbuat konfransından çəkilmiş videonu paylaşmayıb?

Çox az yerdə yayılan, daha doğrusu, yayılmaması üçün “ört-basdır” edilən videonu əldə etdik.

Videoda görünən yalnız Cəmil Həsənli, Sevinc Osmanqızı (tərcüməçi statusunda), “ABŞ siyasətçilərindən” isə iki gənc "siyasi ekspertdir".

Bir saat 14 dəqiqəlik videoda bir dəfə də olsun auditoriya göstərilməyib. Yalnız sual verilən zaman ani olaraq kamera zala doğru çevriləndə görünür ki, kiçik bir otaqda qoyulan bir neçə stul da boşdur.

O stulları tutanlardan biri erməni jurnalist, digəri isə türkiyəli diplomatdır.

Bəli, Cəmil Həsənlinin mətbuat konfransına Türkiyənin ABŞ-dakı səfirliyinin nümayəndəsi də qatılıb.

C.Həsənli özü yazır: “Tədbirdə daha maraqlı bir hadisə baş verdi. Bu, müzakirələrə Vaşinqtondakı Türkiyə səfirliyinin əməkdaşının qatılması ilə bağlı idi. Əslində, bunu müsbət tendensiya kimi də qiymətləndirmək olardı, əgər Türkiyə böyükelçiliyinin əməkdaşı müzakirələrdə Əliyevin kriminal, korrupsioner, kleptokratik rejiminin vəkili kimi çıxış etməsəydi”.

Maraqlıdır, türk diplomat Cəmil Həsənlinin “hədəfinə” necə tuş gəlib?

Videonun 58-ci dəqiqəsində bunu müşahidə etmək olar.

Türk diplomat deyir (ingiliscə çıxışın tərcüməsi):

- Sual vermədən öncə danışılanlara şərh vermək istəyərdim. Gülənlə bağlı olan söhbətlə başlayacam (Cəmil Həsənli çıxışında Azərbaycan hakimiyyətini Gülənlə bağlamağa çalışır – red.). Mən bir türk olaraq öz borcumu və Türkiyə millətinin borcunu yerinə yetirib, Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə 15 iyul hadisələrinin arxasında olan FETÖ lideri Fətullah Gülənə qarşı mübarizədə bizə dəstək verdiyi, yanımızda olduğu üçün təşəkkürümü bildirirəm. Məndə olan məlumata görə, Azərbaycandakı bütün FETÖ məktəbləri bağlanıb. Bununla yanaşı, biz bütün dünyadan böyük dəstək aldıq.

İkinci məsələyə gəlincə, erməni gəncin Ermənistandakı inqilabla bağlı verdiyi suala şərh vermək istəyirəm. Mən düşünürəm ki, Ermənistanda baş verən çevriliş Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına əlverişi şərait yaradıb.

Xanım (Sevinc Osmanqızı – red.) öz nitqi zamanı söylədi ki, Azərbaycanın yeganə və ya ən böyük problemi internet mediasının azadlığıdır. Mən düşünürəm ki, Azərbaycanın bu gün ən böyük problemi işğaldır (Qarabağ torpaqlarının işğal altında olmasıdır – red.).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/295085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR