“9 noyabr - Dövlət Bayrağı günü”nə həsr olunmuş “Altıncı Bayraq Festivalı” keçirilib

“9 noyabr - Dövlət Bayrağı günü”nə həsr olunmuş “Altıncı Bayraq Festivalı” keçirilib
16:37 4 Noyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “9 noyabr - Dövlət Bayrağı günü”nə həsr olunmuş “Altıncı Bayraq Festivalı” keçirilib.
"Report" xəbər verir ki, festivalda dövlət qurumlarının, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin zabit və əsgər heyətinin, qeyri-hökümət təşkilatları nümayəndələri, gənclər təşkilatlarının üzvləri iştirak edib.
Tədbirlə bağlı jurnalistlərə açıqlama verən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, festivalın keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə, milli dövlət rəmzlərinə hörmət hissinin aşılanmasıdır:
"Gənclər və İdman Nazirliyi hər il Dövlət Bayrağı Günü münasibətilə festival keçirir. Bugünkü sayca 6-cı Bayraq Festivalı bədii-kütləvi tədbirdir. Builki formatı genişləndirmişik. 1 noyabrdan başlayaraq Gənclər və İdman Nazirliyi "İradənlə qalib gəl" kompaniyasına start verib. Bu kompaniya çərçivəsində bir sıra aksiyalar keçirilib. İlk aksiya 1-3 noyabrda Nazirliyin balansında olan 34 Olimpiya İdman Kompleksində açıq qapılar günü olub. Bayraq Festivalı həmin kompaniya çərçivəsində Bakıda keçirilən növbəti tədbirdir. 9 noyabra qədər müxtəlif səpkili tədbirlərlə Azərbaycanın şəhər və rayonlarında tədbirlər davam edəcək".
Tədbirdə Dövlət Bayrağı Günü ilə bağlı məlumat verilib. Festival bədii hissə ilə davam edib.


Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/altinci-bayraq-festivali-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR