DİN Sumqayıtda baş verən ağır qəza ilə bağlı - 2 ölü, 6 yaralı

DİN Sumqayıtda baş verən ağır qəza ilə bağlı -  2 ölü, 6 yaralı
21:05 4 Noyabr 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda baş verən ağır yol qəzasında 2 nəfər ölüb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, noyabrın 3-də saat 12 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində şəhər sakini Nazim Həsənovun idarə etdiyi "Mitsubishi" və Bakı şəhər sakini Ş.Babayevin idarə etdiyi "Ravon" markalı avtomobillər toqquşub. Nəticədə N.Həsənov və Ş.Babayevin sərnişini olan qardaşı Seymur hadisə yerində ölüb, digər sürücü və 4 sərnişini, habelə Ş.Babayevin 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/799684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR