Bakı-Quba yolunda baş verən qəzada 5 nəfər xəsarət alıb

Bakı-Quba yolunda baş verən qəzada 5 nəfər xəsarət alıb
21:37 4 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Quba yolunda baş verən qəzada bir neçə nəfər xəsarət alıb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, magistral yolda iki avtomobilin toqquşması zamanı Quba rayon sakinləri - 1984-cü il təvəllüdlü Məmmədov Bəxtiyar Fazil oğlu, 1995-ci il təvəllüdlü Vəliyeva Xəyalə Vasil qızı, Vəliyev Rafael Nemət oğlu, 1964-cü il təvəllüdlü Vəliyeva Hüriyyə Şıxbaba qızı və 2013-cü il təvəllüdlü Əmrahov Nihad Xəyal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
İlkin tibbi yardım göstərilən yaralılar ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-quba-yolunda-bas-veren-qezada-5-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR