Sumqayıtda yol qəzasında ağır xəsarət alan gənc dünyasını dəyişib

Sumqayıtda yol qəzasında ağır xəsarət alan gənc dünyasını dəyişib
08:57 5 Noyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıtda baş verən yol qəzasında ağır xəsarət alan gənc dünyasını dəyişib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə bir neçə gün bundan öncə Sahil küçəsindən Novxanı qəsəbəsi istiqamətində gedən yolda baş verib.
Belə ki, həmin yolda öz avtomobili ilə hərəkətdə olan 1994-cü il təvəllüdlü Hilalbəyli İlkin Fikrət oğlu yol qəzasına düşüb. O, xəstəxanaya yerləşdirilsə də, bu gün ölüb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-yol-qezasinda-agir-xesaret-alan-genc-dunyasini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR