Payız yorğunluğunu aradan qaldıran - qidalar

Bədənimizi qışa hazırladığımız payız fəsli yorğunluq və halsızlıq kimi problemlərlə tez-tez qarşılaşılan bir mövsümdür.

Metbuat.az xəbər verir ki, payız aylarındakı xroniki yorğunluğun depressiyaya dönüşməməsi üçün ən vacib silah sağlam qidalanmadır.

Türkiyəli qidalanma mütəxəssisi Berrin Ak bu dövrdə istifadə oluna biləcək qidalardan bəhs edib.

Yulaf əzməsi

Tərkibi dəmir, maqnezium, kalsium, B vitaminləri və protein baxımından zəngin olan yulaf əzməsi bədənin ehtiyacı olan enerjidən daha artığı ilə təmin edərək yorğun hiss etmənin qarşısını alır. Yeni günə enerji dolu başlamaq üçün yulaf əzməsi, qatıq və meyvədən hazırlanmış səhər yeməyi ilə günə başlaya bilərsiniz.


Balqabaq

Həm rəngi, həm də dadı ilə sevilən balqabaq vitamin, mineral və antioksidan baxımından olduqca zəngindir. Bu səbəblə immunitet sitemini gücləndirir, eyni zamanda yorğunluq və halsızlıq kimi simptomları azaldır. Xüssusilə qış aylarında balqabaqdan müxtəlif yeməklərdə istifadə edə bilərsiniz.


Badam

Maqnezium çatışmazlığı bədəndə halsızlıq, əzələ yorğunluğu kimi problemlərin yaranmasına səbəb olur. Mqanezium, protein, mis, E və B vitaminləri cəhətdən zəngin olan badam xroniki yorğunluqla mübarizə aparmağa kömək edir. Səhər yeməklərinə və ara qidalara əlavə edəcəyiniz 5-6 ədəd çiy badamla zehni və psixoloji olaraq daha gümrah ola bilərsiniz.


Kakao

Ət ilə müqayisədə tərkibində daha çox dəmir olan kakao eyni zamanda B qrupu vitaminlər, protein, lif baxımından da zəngin bir qaynaqdır. Maqnezium cəhətdən də zəngin olan kakaonu qatıq, süd və içkilərə əlavə edərək yorğunluqla mübarizə apara bilərsiniz.


Alabalıq

Omeqa-3 cəhətdən zəngin bir balıq olan alabalığın xüsusilə payız aylarında həftədə iki dəfə yeyilməsi beyin gücünü qüvvətləndirir. Bundan başqa alabalıq yeyən insanlarda Alzaymer xəstəliyinə daha az rast gəlinir.


Qreypfrut

Qreypfrut gündəlik C vitamini ehtiyacının böyük hissəsini almağı təmin edərək immunitet sistemini gücləndirir. Bundan başqa pəhriz lifi, A vitamini, kalium, folat və B5 vitamini mənbəyidir. Antioksidan likopenin mühüm mənbəyi olan qreypfrut hüceyrəni zədələyən sərbəst radikallarla mübarizə apararaq daha gümrah hiss etmənizi təmin edir.


Qəhvə

Aparılan araşdırmalarda qəhvədəki kofeinin performansı artırdığı və yorğunluğa faydalı olduğu müəyyən olunub. Hər hansı bir sağlamlıq probleminiz yoxdursa gündə iki fincan qəhvə içərək zehni və fiziki performansınızı artıra bilərsiniz.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR