Direktor xalqa MÜRACİƏT ETDİ: Bundan alın - FOTO

Direktor xalqa MÜRACİƏT ETDİ: Bundan alın - FOTO
17:58 6 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda “Medinex” Beynəlxalq Tibbi İnnovasiyalar Sərgisi keçirilib.

Publika.az xəbər verir ki, sərginin ekspozisiyası dünyanın 12 ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Monqolustan, Xorvatiya, Yaponiya və digər ölkələri təmsil edən 70 şirkəti bir araya gətirib.

Azərbaycan sərgidə “Made in Azerbaijan” brendi altında çıxış edən distributor və istehsalçılar tərəfindən təmsil olunub. Sərgi çərçivəsində Diamed Co MMC şpris istehsalı zavodunun tanıtım mərasimi keçirilib.

Tədbirdə çıxış edən şirkətin təsisçisi və direktoru Aytən Quliyeva sözügedən zavodun 150 milyon ədəd müxtəlif ölçüdə şpris istehsal etmək gücünə malik olduğunu bildirib: “Hamıya məlumdur ki, mayda Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan əhalisinə böyük bir töhfə verildi. Belə ki, Azərbaycan əhalisinin sağlamlığının təhlükəsizliyinə xidmət edən bir zavod istifadəyə verildi. Zavod 150 milyon ədəd müxtəlif ölçüdə şpris istehsal etmək gücünə malikdir. Hazırda şprislərin illik istehsalı 50 milyona yaxındır. Bu isə bütün Azərbaycanı idxaldan azad etmək deməkdir. İstehsal etdiyimiz şprislər çox yüksək keyfiyyətə malikdir. Belə ki, iynələri Yaponiyadan, xammalı isə İsveçrədən gətirilir. Xalqımıza müraciət edirəm ki, yerli şpris alsınlar. Bununla həm iqtisadiyyatımıza xeyir versinlər, həm də sağlamlıqlarını qorusunlar”.

A.Quliyeva növbəti illərdə zavodun xaricə də şpris ixrac edəcəyini söyləyib.

O, yerli şprislərin qiymətlərinin xarici brendlərlə müqayisədə ucuz olacağını deyib.

Sərgidə iştirak edən millət vəkili Elman Nəsirov Azərbaycanda şpris istehsal edən zavodun fəaliyyət göstərməsini yüksək qiymətləndirib: “Qeyri-neft sektorunun inkişafı əsas hədəfimizdir. Hesab edirəm ki, belə bir zavodun işə salınması qeyri-neft sektorumuzun inkişafının bir göstəricisidir. Çox istərdik ki, gələcəkdi bu məhsullarımız “Made in Azerbaijan” brendi adı altında dünya bazarına çıxsın”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/295343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR