Slovakiyada Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

Slovakiyada Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu
01:38 7 Noyabr 2019
26 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici və Avropa İşləri Naziri Miroslav Layçak və ATƏT-in Minsk Qrupunun həmsədrləri Bratislavada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə ediblər.

Publika.az bildirir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumata əsasən, görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Qeyd edilir ki, görüş zamanı M.Layçak ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişə tərəfləri ilə birgə gərginliyin azaldılması və sülhün təyin edilməsinə xidmət edən mühitin dəstəklənməsi üzrə gələcək addımların müzakirəsini davam etdiklərindən məmnunluğunu ifadə edib.

O, qeyd edib ki, Slovakiya, ATƏT-in sədri olaraq, bu məsələdə onlara kömək etməyə davam edəcəkdir.

Görüşdə həmçinin dekabrın 5-6-da Bratislavada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq məsələlərini də müzakirə edilib (Trend).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/295386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR