Türkiyədə DƏHŞƏTLİ OLAY: azərbaycanlı xanım həkimi güllələdilər - FOTO

Türkiyədə DƏHŞƏTLİ OLAY: azərbaycanlı xanım həkimi güllələdilər - FOTO
11:23 7 Noyabr 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərinin Avcılar rayonunda fəaliyyət göstərən xəstəxanaların birində azərbaycanlı həkim güllələnib.

Publika.az xəbər verir ki, Aidə A. adlı azərbaycanlı qadın həkim həmkarı tərəfindən silahla vurulub.

Özəl tibb mərkəzinin sahibi olan Celal T. adlı şəxs yanında işləyən Aidə ilə bilinməyən səbəblər ucbatından mübahisə etməyə başlayıb. Daha sonra ona atəş açıb.

Azərbaycanlı həkim ağır yaralanıb. Onu yaralayan həmkarı isə hadisə yerindən qaçmaq istəyib. Lakin silah səslərini eşidərək tibb mərkəzinin qarşısına gələn polislər tərəfindən saxlanılıb.

Yaralı Aidə A. Bakırköy Sadi Konur Dövlət Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Aidənin 3 yaşlı övladı var.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/295421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR