Dünya şöhrətli professor BAKIDA xəstələri qəbul edəcək

Dünya şöhrətli professor BAKIDA xəstələri qəbul edəcək
13:23 7 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Boylam Psixiatriya Xəstəxanasının, Boylam AMATEM və Boylam Psixiatriya İnstitutunun təsisçisi, minlərlə insanın alkoqol və digər maddələr asılılığından azad olmasına nail olan, Türkiyənin ilk Beynəlxalq səviyyədə tanınan Psixiatrı Professor Dr. Ertuğrul Köroğlu Referans Medical Groupun təklifi ilə Bakıya gələcək.

Publika.az xəbər verir ki, bu barədə Referans Medical Groupun xarici əlaqələr üzrə təmsilçisi Fəridə Rəhimbəyova məlumat verib. O, bildirib ki, professor 14, 15 Noyabrda referans Poliklinikada xəstələrini qəbul edəcək. 16 Noyabrda isə “Leyla Medical Center”də (keçmiş Leyla Şıxlinskaya Klinikası) səhər saat 09:30-dan 17:00-a kimi psixoloq, psixiatr və tələbələrə seminar veriləcək.

Seminarən sonunda isə bütün iştirakçılara sertifikat veriləcək.

Xatırladaq ki, Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinik, Leyla Medical Center (keçmiş Leyla Şıxlinskaya Klinikası) və LOR Hospitalın daxil olduğu - Referans Medical Group işləri daha da genişləndirmək və əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün xarici həkimlərlə əməkdaşlığa qərar verib. Razılaşmaya əsasən, Türkiyənin tanınmış həkim və professorları xəstələri müayinə və müalicə etmək üçün hər ay Azərbaycana gələcək. Hər ay mütəmadi olaraq Memorial və Boylam Psixatriya xəstəxanalarından Azərbaycanda tələb olunan ixtisaslar üzrə həkimlər gəlib burada xəstələrə xidmət göstərəcək.

Türkiyənin ilk Beynəlxalq səviyyədə tanınan Psixiatrı Professor Dr. Ertuğrul Köroğlunnun müsahibəsi ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

Əlaqə nömrələri:


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/295444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR