Moskva Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyib - Ərdoğan

"Moskva YPG/PYD terrorçularının Suriyanın şimalından çıxarılması ilə bağlı Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyib".

Metbuat.az türk mediasına istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, bölgədə hələ də terrorçular qalmaqdadır və onlar mütəmadi olaraq Türkiyə qoşunlarını atəşə tutur.

Prezident əlavə edib ki, Türkiyə və Rusiya qoşunları Suriyanın şimalında patrulu davam etdirir:

“Türkiyə terrorçuluqla mübarizə üzrə danışıqlar zamanı Rusiya ilə əldə olunmuş razılaşmalara sadiqdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR