PAŞA Bankın nümayəndələri "Ticarətin maliyyələşdirilməsi" təlimində iştirak ediblər

PAŞA Bankın nümayəndələri "Ticarətin maliyyələşdirilməsi" təlimində iştirak ediblər
17:43 7 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

PAŞA Bank və "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Ticarətin Maliyyələşdirilməsi" mövzusunda seminar keçirilib.

PAŞA Bankdan Trend-ə verilən məlumata görə, seminar bankın nümayəndə heyəti tərəfindən həyata keçirilib. Tədbirdə Kiçik və Orta Sahibkarlıq seqmentində fəaliyyət göstərən iş adamlarına ixrac-idxalı dəstəkləyəcək alətlər haqqında geniş məlumat verilib.

Digər müzakirə olunan mövzular arasında ticarətin maliyyələşdirilməsində maliyyə alətlərinin rolu, təchizat zəncirinin maliyyələşdirilməsi, invosyların və alış sifarişinin maliyyələşməsi məhsulu, ekspress faktorinq məhsulu, ixrac fəaliyyəti üçün nəzərdə tutulan ənənəvi kreditlər və s. oldu.

PAŞA Bank tərəfindən seminarda spiker qismində Nərmin İbadullayeva, Xanım Rüstəmova, Ülviyyə Nəbiyeva, Pərvin Səlimov və Azad Bağırzadə çıxış ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3145609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR