Bu gün Ankarada Suriya müzakirə ediləcək - ABŞ təmsilçisi Türkiyəyə gəlir

ABŞ-ın Suriya özəl təmsilçisi Ceyms Cefrey bu gün Türkiyəyə səfər edəcək.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, onun rəhbərlik etdiyi ABŞ heyəti Türkiyə Xarici İşlər müavini Sədat Önal ilə görüşəcək. Görüşdə Suriyadakı son vəziyyət, "Barış Pınarı" hərəkatı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona baç tuta biləcək səfəri müzakirə ediləcək.

Heyət həmçinin Türkiyə Müdafiə Nazirliyinin heyəti ilə də görüş keçirəcək.

Amerikanın "Wall Street" qəzeti Cefreyin iki ölkə arasındakı münasibətləri düzəltmə missiyası daşıdığını yazıb. Qəzet həmçinin ABŞ-ın terror qruplaşması YPG-nin əsas ünsürü olan SDG ilə də əlaqələrini toparlamağa çalışdığını iddia edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR