Maliyyə Bazarlarına Nəzarət Palatasında ABŞ-ın Azərbaycandakı səfirliyi ilə görüş keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında ABŞ-ın Azərbaycandakı səfirliyi ilə görüş keçirilib
10:29 8 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında ABŞ Dövlət Departamentinin Qafqaz və Regional Konfliktlər Bürosunun direktoru xanım Şeril Fernandes, ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson və səfirliyin iqtisadi məsələlər üzrə eksperti Peter Kaufmandan ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, görüş zamanı qarşılıqlı əməkdaşlıq çərçivəsində görülmüş işlərə toxunulub, perspektiv məsələlər müzakirə edilib.

Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks islahatların maliyyə sektorunun sağlamlaşdırılması və maliyyə sabitliyinin təmin olunmasında rolundan bəhs edərək Palatanın yaradılması, həyata keçirilmiş tədbirlər, islahatlar barədə məlumat verib. Daha sonra, ölkədə maliyyə inklüzivliyinin və KOB subyektlərinin maliyyə əlçatanlığının artırılması istiqamətində Palatanın iştirakı ilə 3 təsisatın - Kredit Zəmanət Fondu, Azərbaycan Kredit Bürosu və Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin yaradılmasından və bu təsisatların maliyyə sektoruna təsirindən danışılıb, statistik göstəricilər diqqətə çatdırılıb.

Bununla yanaşı, Palata və ABŞ-ın müvafiq nəzarət orqanları ilə davam edən əməkdaşlıqdan, qarşılıqlı səfərlər, təcrübə mübadiləsindən bəhs olunub. Xüsusilə vurğulanıb ki, Palatanın əməkdaşları ABŞ-ın maliyyə nəzarəti orqanlarından Əmanətlərin Sığortalanması üzrə Federal Qurum, ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Kommisiyası, Milli Kredit İttifaqları Administrasiyası və Maliyyə Sektoruna Nəzarət Palatasında görüşlər keçirərək qabaqcıl təcrübə ilə yaxından tanış olublar.

Öz növbəsində, xanım Şeril Fernandes çıxışına ölkə rəhbəri cənab İlham Əliyevin iqtibası ilə başlayaraq Azərbaycanda iqtisadi islahatları dəstəkləmək üçün güclü və sabit maliyyə sektorunun əsas dayaq rolu oynadığını qey edib. Daha sonra, xanım Fernandes Palatanın maliyyə sektorunda baş verən böhran zamanında yaradıldığına baxmayaraq qısa müddət ərzində çox böyük uğurlar əldə etdiyini vurğulayaraq sektora yönəlmiş islahatların sabitliyin və diversifikasiyanın təmin olunması istiqamətində çox düzgün strategiya olduğunu bildirib. Eyni zamanda, Azərbaycanda bütün istiqamətlərdə nəzərəçarpan irəliləyişlərin qeydə alınmasının və Palata ilə ABŞ-ın nəzarət orqanları arasında sıx əməkdaşlıq əlaqələrinin təmin olunmasının öz ölkəsində müsbət qarşılandığını ifadə edib. Həmçinin, xanım Fernandes Palata və ABŞ-ın maliyyə qurumları arasında bu kimi görüşlərin Vaşinqtonda da təşkil edilməsinin qarşılıqlı əməkdaşlıq baxımından müsbət rol oynayacağını qeyd edib.

Görüş ABŞ-ın müvafiq qurumları ilə Palata arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi şəklində davam edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3145847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR