Donald Tramp 2 milyon dollar təzminat ödəyəcək - Vəqfin pularını mənimsəyib

ABŞ prezidenti Donald Tramp ona aid olan yardım vəqfini siyasi məqsədlər üçün istifadə etdiyi üçün 2 milyon dollar təzminat ödəyəcək.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-York məhkəməsi "Tramp Vəqfi"ndə qazilər üçün toplanın pulların 2016-cı il prezident seçkilərində istifadə edildiyinə qərar verib. Qərara etiraz edən Donald Tramp özünün "Tvitter" hesabından etdiyi paylaşımda məhkəmə hakimini "aid olduğu qurumu qəsdən siyasi məqsədləri üçün istifadə etməkdə" günahlandırıb.

Qeyd edək ki, sözü gedən vəqf 2018-ci ildə siyasi çıxarlara görə istifadə edildiyi üçün bağlanmışdı.

https://metbuat.az/news/1287120/turkiye-liviyaya-silah-sataraq-sanksiyalari-pozub.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR