"Tramp Avropa avtomobillərinə əlavə vergi gətirməyəcək" - Jan Klod Janker

"ABŞ prezidenti Donald Trampın gələn həftə Avropa avtomobillərinə təhdid etdiyi kimi əlavə vergi tətbiq etməyəcək".

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyası sədri Jan Klod Janker alman mediasına verdiyi açıqlamada bildirib:

"Trampın fikirləri bir az qarışıqdır, amma heç bir avtomobil vergisi olmayacaq. Bunu etmyəcək. Mövzu haqqında tamamilə məlumat sahibi olan biri ilə danışırsınız".

Qeyd edək ki, Tramp özünə avtomobillərə yeni tarif tətbiq etmək üçün noyabr ayına qədər vaxt vermişdi. Avropa Birliyi isə tariflərin tətbiq edilməsi halında 39 milyon dollarlıq ABŞ məhsuluna əlavə vergi gətiriləcəyini açıqlamışdı.

Ötən il Tramp polad və alminium üçün əlavə vergi tətbiq edərək AB liderlərini qəzəbləndirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR