ABŞ və Çin vergiləri qarşılıqlı şəkildə ləğv edəcək - Razılıq əldə edildi

ABŞ və Çin tərəfindən yayımlanan açıqlamada hər iki tərəfin qarşılıqlı şəkildə bir-birlərinin məhsullarına tətbiq etdikləri tarifləri geri çəkməkdə razılıq əldə olunduğu bildirilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyi sözcüsü Qao Fenq məsələ ilə bağlı belə deyib:

"Keçdiyimiz iki həftə ticarət təmsilçiləri ciddi miqyasda yaradıcı görüşlər keçirdilər və ticarət müqaviləsinin birinci qismində qarşılıqlı olaraq əlavə vergiləri qaldırmağa qərar verdilər".

"Ağ Ev"in iqtisadi məsələlər üzrə təmsilçisi Larri Kudlov "Əgər birinci mərhələ ticarət müqaviləsi varsa, tarif anlaşmaları və imtiyazlar da olacaq" deyə qeyd edib. Bununla yanaşı "Ağ Ev" sözcülərindən Kelian Konvey ABÇ prezidenti Donald Trampın ticarət müqaviləsini imzalamaqda narahat olduğunu demişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR