BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Said əl-Mansuri Azərbaycana səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Trend-ə BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildiriblər. Məlumata görə, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti "Azərbaycan-BƏƏ" birgə ticarət forumunda iştirak edəcək. Forum isə noyabrın 11-13-də Bakıda keçiriləcək.

Qeyd edək ki, hazırda BƏƏ-nin 250-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR