Bulvarda pulsuz bayraqlar hədiyyə olunacaq

Dənizkənarı Bulvarda Dövlət Bayrağı Günü münasibəti ilə bayram tədbiri keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsindən Metbuat.az-a verilən məlumata görə, sabah saat 12-dən Dövlət Bayrağı Günü münasibətilə bulvar ərazisində pulsuz face-art təşkil ediləcək. 10 nöqtədə keçiriləcək aksiyada arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkiləcək. Face-artdan istifadə edən bütün qonaqlara pulsuz bayraqlar hədiyyə olunacaq.

Face-art Dənizkənarı Milli Parkın aşağıda qeyd olunan nöqtələrində təşkil olunacaq:

Ağ Şəhər (Uşaq meydançası), Dəniz vağzalı “Qorxulu ev” attraksionunun qarşısı, "Park Bulvar"ın yanı (2 nöqtədə), "Sahil" metro stansiyasının çıxışı istiqaməti, Kukla Teatrının ətrafı (2 nöqtədə), Azneft Meydanı, Venesiya Şəhərciyi, Panoram Attraksion.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR