Ərdoğan: “Tramp qondarma “erməni soyqırımı”nı savaş adlandırmağı təklif etdi”

Ərdoğan: “Tramp qondarma “erməni soyqırımı”nı savaş adlandırmağı təklif etdi”
19:37 8 Noyabr 2019
113 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı Prezident Donald Trampla qondarma "erməni soyqırımı" məsələsini də müzakirə edəcəyini deyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

"Artıq qondarma "erməni soyqırımı" məsələsi bizi bezdirir. ABŞ-a səfərim zamanı da bu məsələyə toxunacağam. Hətta Tramp özü bir dəfə dedi ki, bəlkə buna soyqırımı deyil, savaş desək, necə olar? Mən də cavab verdim ki, bizim qarşımızda hər hansı bir dövlət olmayıb, belə məsələ müzakirə mövzusu deyil. Onu da bildirdim ki, bu, məcburi bir köç məsələsi olub və burada da bəzi sıxıntılar yaşanıb", - deyə Türkiyə Prezidenti qeyd edib.Xatırladaq ki, Ərdoğan 13 noyabrda ABŞ-a səfər edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/800874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR