Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlanıb
19:42 8 Noyabr 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib. 
"Report"un məlumatına görə, İtaliyanın "Yuventus" klubunun futbolçusu Duqlas Kostanın Rusiyada "Lokomotiv"ə (Moskva) vurduğu qol qrup mərhələsində IV turun ən yaxşısı seçilib. 
29 yaşlı braziliyalı yarımmüdafiəçi fərdi keyfiyyətləri sayəsində rəqibin bir neçə oyunçusunu keçib və komandasına qələbə qazandırıb. 
Qeyd edək ki, "Yuventus" "Lokomotiv"ə 2:1 hesabı ilə qalib gəlib və sona iki tur qalmış 1/8 final mərhələsinə vəsiqəni təmin edib. 



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasinda-heftenin-en-yaxsi-qolu-aciqlandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR