"Liverpul"a qarşı oynamayacaq

"Liverpul"a qarşı oynamayacaq
19:57 8 Noyabr 2019
95 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin qapıçısı Ederson İngiltərə Premyer Liqasının 12-ci turunda "Liverpul"la mərkəzi oyunu buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, zədəli qolkiperin matç gününə kimi hazır olmayacağını vurğulayıb.

Qeyd edək ki, Ederson Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Atalanta" ilə görüşdə (1:1) zədələnib.

Xatırladaq ki, "Mançester Siti" - "Liverpul" qarşılaşması noyabrın 10-u keçiriləcək.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/800880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR