Bələdiyyə seçkiləri ilə əlaqədar seçiciyə səsvermə vəsiqəsinin verilməsinə başlanılıb

Bələdiyyə seçkiləri ilə əlaqədar seçiciyə səsvermə vəsiqəsinin verilməsinə başlanılıb
21:15 8 Noyabr 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gündən Azərbaycanda 2019-cu il dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr səsvermə gününə 45-25 gün qalanadək, yəni 2019-cu il noyabrın 8-dən 28-dək verilir.

Bundan əlavə noyabrın 8-də Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına aid tələblərin təsdiq edilməsi müddəti başa çatır. Belə ki, tələblər səsvermə gününə azı 45 gün qalanadək təsdiqlənir.

Həmçinin, səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi noyabrın 8-də başa çatır. Qeydiyyatdan çıxma (səsvermə) vəsiqələri səsvermə gününə azı 45 gün qalanadək Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3144908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR